Icma.az
close
up
RU
İranın yeni ali dini lideri seçildi YENİLƏNİB

İranın yeni ali dini lideri seçildi YENİLƏNİB

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə başlayan hərbi toqquşmalar artıq 9-cu gününə daxil olub. Ayətullah Əli Xameneyinin həlak olmasından sonra İranda yeni dini liderin kim olacağı sualı nəhayət cavabını tapıb.
İranın 88 nəfərdən ibarət Ekspertlər Şurasının üzvü Seyyid Əhməd Aləm el-Huda təsdiqləyib ki, yeni dini lider seçilib. Lakin maraqlı məqam ondadır ki, seçilən şəxsin kimliyi təhlükəsizlik səbəbi ilə ictimaiyyətə açıqlanmır.
Bu qərarın arxasında İsrail ordusunun sərt bəyanatları dayanır. İsrail rəsmi olaraq elan edib ki, Xameneyinin yerini tutacaq hər hansı şəxs və onu təyin etməyə çalışanlar onların hədəfindədir.

Ekspertlər Şurasının üzvü Məhəmməd Mehdi Mirbakeri isə bildirib ki, yeni liderin seçilməsi ilə bağlı razılıq əldə edilsə də, prosesin icrasında bəzi texniki və təhlükəsizlik əngəlləri qalmaqdadır. Rəsmi Tehran vəziyyəti tam nəzarətdə saxlamağa çalışsa da, İsrailin hücumlarının hədəfləri genişləndirməsi yeni liderin elanını çətinləşdirir.
-------
10:30
İranın ali dini lideri Əli Xameneinin vəfatından sonra ölkədə yeni rəhbərin seçilməsi prosesi diqqət mərkəzində qalmaqdadır. Ekspertlər Şurasının üzvü, ayətullah Hüseyn Müzəffəri bildirib ki, qurum yaxın sutka ərzində məsələni müzakirə etmək üçün iclas keçirməyi planlaşdırır.

Demokrat.az bildirir ki, "Fars" agentliyinə istinadən verilən məlumata görə, Müzəffəri şura üzvlərinin yeni liderin seçilməsi üçün münbit şəraitin yaranmasını gözlədiklərini ifadə edib:
"Ekspertlər Şurasının üzvləri toplantının keçirilməsi, müzakirələrin aparılması və yeni ali rəhbərin seçilməsi üçün şəraitin yaranmasını səbirsizliklə gözləyirlər. Ümid edirik ki, bu, yaxın 24 saat ərzində baş tutacaq".
Ayətullah Müzəffəri həmçinin vurğulayıb ki, Ekspertlər Şurası hazırkı məqamda hələlik rəsmi toplantı keçirməyib. O, ictimaiyyəti rəsmi mənbələrdən kənar yayılan şayiələrə və təsdiqini tapmamış məlumatlara etibar etməməyə çağırıb.
Xatırladaq ki, martın əvvəlindən etibarən beynəlxalq və yerli mediada yeni liderin seçilməsi prosesi ilə bağlı müxtəlif iddialar dolaşsa da, rəsmi qurumlar prosesin konstitusiyaya uyğun şəkildə davam etdiyini bildirir.
İslam
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Mart 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri