İranın yeni dəniz strategiyası: ödə, keç
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərə yuan və ya kriptovalyuta ilə ödəniş müqabilində Hörmüz boğazından təhlükəsiz keçid təklif edir.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri gəmiçilik sənayesi nümayəndələri və İran rəsmilərinə istinadən məlumat yayıb.
"Bloomberg"in məlumatına görə, sxem belə işləyir: gəmi operatorları SEPAH ilə bağlı vasitəçi şirkətlə əlaqə saxlamalı və gəminin sahibi, bayrağı, yükü, təyinat yeri, heyəti və s. məlumatları haqqında məlumat verməlidirlər.
İran tərəfi gəminin İsrail, ABŞ və ya Tehranın düşmən hesab etdiyi digər ölkələrlə əlaqəli olub-olmadığını yoxlayır. Təsdiqləndikdən sonra ödəniş məbləği ilə bağlı danışıqlar başlayır. Ödəniş yuan və ya koinlərlə edilməlidir.
Ödənişdən sonra SEPAH gəmiyə gizli kod və marşrutlaşdırma təlimatları verir. Keçid zamanı gəmi boğazdan tranzit danışıqları aparan vasitəçi ölkənin bayrağını qaldırmalı və bəzi hallarda qeydiyyatını həmin ölkənin bayrağı ilə dəyişdirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















