İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı 14 nəfər…
Icma.az bildirir, Bizim media portalına istinadən.
İrana məxsus, göyərtəsində 14 ekipaj üzvü olan “Rona” adlı yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkmənistan Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, gəmidən göndərilən SOS siqnalı Türkmənistanın sahil xidmətləri tərəfindən qəbul edilib.
“Türkmənistanın fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə məşğul olan dövlət qurumları beynəlxalq dənizçilik normalarına uyğun olaraq insanların xilas edilməsi üçün bütün zəruri tədbirləri görüblər”, – deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına əsasən, gəmidə olan bütün 14 nəfər uğurla təxliyə edilib. İlkin məlumata görə, xilas edilənlər İran və Hindistan vətəndaşlarıdır.
“Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulan müvafiq prosedurları həyata keçirir”, – deyə XİN qeyd edib. (Mənbə: Median)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















