Icma.az
close
up
RU
İranın Zəngəzur dəhlizinə müdaxilə etmək haqqı yoxdur AÇIQLAMA

İranın Zəngəzur dəhlizinə müdaxilə etmək haqqı yoxdur AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"İranın narahatlığı Ermənistanın ərazi bütövlüyü ilə bağlı idi. İran iddia edirdi ki, Azərbaycan tarixi torpaqları üzərində nəzarəti ələ keçirəcək. Həmçinin bölgəyə xarici hərbi qüvvələrin müdaxilə ehtimalından danışırdı. Halbuki ilkin razılaşmalarda və bəyanatlarda, xüsusilə Azərbaycanla Ermənistan arasında 8 avqustda imzalanmış razılaşmada sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün qorunması, tərəflərin bir-birinə ərazi iddiası irəli sürməməsi kimi müddəalar təsbit olunub. Bu isə İranın irəli sürdüyü iddiaların əsassız olduğunu bir daha göstərdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərində Ermənistanın Azərbaycanla sülh danışıqlarını dəstəklədiyini, amma Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşı olduğu fikrinin Zəngəzur dəhlizi məsələsinə nə dərəcədə təsir etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib:

"Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasının dəyişdirilməsi, yəni təcavüzkar, işğalçı müddəaların çıxarılmasıdır.

İran isə hesab edir ki, Zəngəzur dəhlizi məsələsi reallaşarsa, bölgəyə, xüsusən Ermənistana xarici, indiki halda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər. Bundan başqa, dəhlizin Amerika və Ermənistan şirkətləri tərəfindən inşaası da Tehran üçün təhlükə kimi qiymətləndirilir. O ki qaldı İranın Zəngəzur yolunun reallaşmasına təsir imkanlarına, bu, qeyri-mümkündür. Çünki söhbət Ermənistan ərazisindən gedir. Bu ərazidə hansı layihənin, hansı ölkə ilə həyata keçirilməsinə dair müstəsna hüquq Ermənistana məxsusdur. Bu, nəqliyyat layihəsidir və Ermənistanın maraqlarına cavab verir, ölkənin dünyaya çıxışını təmin edir".

Politoloq qeyd etdi ki, layihə həmçinin Ermənistanın iqtisadi, təhlükəsizlik maraqlarına xidmət edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin, ticarət əlaqələrinin bərpasına şərait yaradır.

"Beləliklə, bu məsələdə qərarvermə Ermənistanın müstəsna hüququdur. İranın buna müdaxilə etmək haqqı yoxdur. Tehran yalnız diplomatik vasitələrlə və ya müəyyən iqtisadi-ticari sanksiyalarla təsir etməyə cəhd göstərə bilər. Lakin ehtimal edirəm ki, İran belə addım atmayacaq. Deməli, Zəngəzur məsələsinə təsir baxımından İranın bəyanat verməkdən başqa imkanı yoxdur", - deyə Sədrəddin Soltan yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see472

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see279

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see198

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see143

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see130

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri