İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi Akopyan
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran regionda təsirini artırmaq istəyir. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.
“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı İmperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - o bildirib.
Akopyanın fikrincə, ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla:
“ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Fevral 2025 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















