İranın zərbələri nəticəsində İsraildə yaralananların son statistikası AÇIQLANDI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Sn 24 saat ərzində İranın zərbələri nəticəsində 179 nəfər zərər çəkib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Sutka ərzində, çərşənbə günü saat 07:00-dan cümə axşamı günü saat 07:00-dək xəstəxanalara 179 zərərçəkən daxil olub, o cümlədən dörd nəfər orta ağırlıq dərəcəsində, 157 nəfər yüngül xəsarətlərlə və 18 nəfər ağır sinir şoku vəziyyətində", - açıqlamada deyilir.
Həmçinin qeyd olunur ki, müharibənin başlanğıcından İsraildə zərərçəkənlərin ümumi sayı 2 745 nəfərə çatıb.
"Onlardan 85 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 11 nəfər ağır vəziyyətdə, 10 nəfər orta ağırlıq dərəcəsində, 64 nəfərin vəziyyəti yüngül olaraq müəyyən edilib", - Səhiyyə Nazirliyi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Mart 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















