Icma.az
close
up
RU
İranla ABŞ arasında döyüş səhnəciyi olacaq? Bəzi məqamlar üzə çıxdı

İranla ABŞ arasında döyüş səhnəciyi olacaq? Bəzi məqamlar üzə çıxdı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginliyin artması fonunda İran ətrafında beynəlxalq siyasi və hərbi proseslər intensivləşib. ABŞ, İsrail və bir sıra Avropa ölkələrinin mövqeləri, eləcə də İranla bağlı səsləndirilən sərt bəyanatlar qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud vəziyyətin səbəbləri və mümkün nəticələri siyasi şərhçilər tərəfindən fərqli aspektlərdən dəyərləndirilir.

Ölkə.Az-ın məlumatına görə, siyasi şərhçi Asif Şəfəqqətovun mövzu ilə bağlı bildirib ki, Böyük Britaniya İrana qarşı hərbi zərbələrin endirilməsini dəstəkləyən ölkələr sırasında yer alır. Onun yazdığına görə, iki gün əvvəl Almaniyanın kansleri Fridrix Merz İran hakimiyyətini dinc etiraz aksiyalarının sərt şəkildə yatırılmasına görə tənqid edib və mövcud rejimin hakimiyyətdən getməli olduğunu bəyan edib. Kanslerin açıqlamasında İran rejiminin “son günlərini yaşadığı” ifadə olunub.

O vurğulayıb ki, dünən Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib. Bu qərarın ABŞ-nin mümkün hərbi addımlarına siyasi baxımdan etiraz edilmədiyi mesajını verdiyi qeyd olunur. Eyni zamanda Britaniya və Fransanın ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarında kəşfiyyat və logistik dəstək göstərdiyi bildirilir.

Asif Şəfəqqətov İsrail mətbuatına istinadən qeyd edib ki, ABŞ, İsrail, Britaniya, Fransa və dörd ərəb ölkəsi İranda ilkin mərhələdə hədəfə alınmalı obyektlərin siyahısını birgə müəyyənləşdirib. Onun fikrincə, Avropanın aparıcı dövlətləri hesab olunan Britaniya, Fransa və Almaniyanın bu prosesdə fəal iştirakı onların qlobal siyasi mövqeləri və ABŞ-la münasibətləri fonunda izah olunur.

"Bu üçlük Avropanın liderlər klubudur. Avropanın siyasətini onlar - əsasən Britaniya - , Aİ-nin siyasətini isə Fransa və Almaniya - xüsusən Fransa müəyyən edir. Qalan ölkələr, sadəcə, demokratik anturaj yaratmaq üçün lazımdır. Üçlüyün İranla bağlı indiki mövqeyi onların öz taleyi ilə bağlıdır. Onlar görürlər ki, Belçikanın baş naziri Bart de Veverin sözləri ilə desək, Tramp Avropanı ABŞ-nin xoşbəxt vassalından bədbəxt köləsinə çevirmək istəyir. Davos forumu göstərdi ki, Trampa müqavimət göstərmək üçün Avropanın ciddi heç nəyi yoxdur. Buna görə də indi onlar Trampı elə problemə salmaq istəyirlər ki, Avropa yadından çıxsın".

Şərhçi ABŞ Prezidenti Donald Trampın İrana nüvə və raket proqramlarından imtina etməsi ilə bağlı ultimatum verdiyi iddialarına da toxunub. Qeyd edib ki, İran bu şərtləri qəbul etməyib, Rusiya və Çin isə Tehrana dəstək mövqeyini gizlətmir. Rəsmi ultimatum sənədi açıqlanmasa da, beynəlxalq mediada bu mövzunun geniş şəkildə gündəmə gətirildiyi bildirilir:

"Trampın, həqiqətən də, şərtlərini ultimatum formasında bildirdiyini təsdiq edən rəsmi sənəd yoxdur. Lakin əsasən qlobalistlərin əlində olan mətbuat bunu belə vurğulamaqla Trampın seçimini məhdudlaşdırır. Yəni ictimaiyyətdə belə təsəvvür yaradandan sonra Trampın seçimi çox daralır. İran ultimatumu qəbul etməzsə, Trampın vəziyyətdən yalnız iki çıxış yolu qalır. Birincisi, İrana hərbi zərbə endirmək – bu halda ABŞ İrandan cavab zərbələri alacaq və Trampa qarşı ABŞ-də baş qaldıracaq etirazlar fonunda Konqresə aralıq seçkilərdə uduzacaq. İkincisi, İrana hərbi zərbə endirməmək – bu halda mətbuat onu qorxaq kimi təqdim edəcək və yenə Konqresə aralıq seçkilərdə uduzacaq. Tramp tələyə düşdüyünü anlayır və vəziyyətdən ləyaqətlə çıxmağa çalışır. Dünən bir məlumat da yayıldı ki, ABŞ İrana vasitəçilərlə mesaj göndərib ki, ABŞ-nin raket zərbələrinə cavab verməsin. Əgər məlumat doğrudursa - əvvəlki təcrübəni nəzərə alsaq, inandırıcıdır -  deməli, Tramp vəziyyətdən çıxmağın yolunu axtarır. Lakin həmin mənbənin məlumatına görə, İran bu təklifi rədd edib".

O həmçinin bildirib ki, ABŞ-nin mümkün hərbi addımları və ya bu addımlardan imtinası Tramp üçün daxili siyasi risklər yarada bilər. Şərhçiyə görə, hazırkı mərhələdə genişmiqyaslı və uzunmüddətli müharibə ehtimalı azdır və tərəflər daha çox məhdud, razılaşdırılmış addımlarla gərginliyi azaltmağa çalışa bilərlər.

Miri
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri