İranla bağlı Doranın adından Səfəvi “uydurması”, yoxsa ironiya?
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Guya “Osmanlı tarixinin araşdırıcısı” olan “Fransevi Efendi” adlı bir şəxs bildirib ki, İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyir. Problem ondadır ki, belə bir şəxs mövcud deyil. Nə Osmanlı tarixşünaslığında, nə Türkiyə akademiyasında, nə də beynəlxalq elmi mühitdə “Fransevi Efendi” adlı istinad edilən fiqur var. Bu ad sadəcə yoxlanması çətin, şərqli səslənən bir maskadır.
Bakupost.az xəbər verir ki, belə bir fikri mühacir jurnalist Elbəyi Həsənli səsləndirib.
“Ardınca səhnəyə real bir ad çıxarılır: Maykl Skott Doran. Guya Doran bu fikirlərə cavab olaraq Səfəviləri dəstəklədiyini, Şah İsmayılı isə “uzaqgörən Azərbaycan monarxı” adlandırdığını deyib. Bu nöqtədə manipulyasiya tamamlanır.
Çünki Doran monarxiya nostaljisi ilə danışan ideoloq, tarixi fiqurları bugünkü etno-siyasi mübahisələrə alət edən analitik deyil, “Səfəvilər qayıtsın” tipli fikirlər səsləndirən biri ümumiyyətlə olmayıb. Onun real araşdırma alanı təhlükəsizlik, güc balansı və idarəolunan nəticələr üzərində qurulub. Qalanı isə başqasının onun adından yazdığı fantaziyadır”, - o bildirib.
E.Həsənli əlavə edib ki, bu mətnlərdə tez-tez bir cümlə də əlavə olunur: “Azərbaycan hazır olmalıdır. İranda dəyişiklik qaçılmazdır”:
“Bu fikir də çox vaxt səhvən Doranın adına yazılır. Halbuki burada əsas istinad edilən şəxs Maykl Rubindir. Rubin illərdir İranın mümkün çökmə ssenarilərini, region dövlətlərinin buna “hazır olmalı” olduğunu yazır. Amma o da Səfəvilərin bərpasından, Qacar romantikasından, tarixi monarxiyaların dirçəldilməsindən danışmır.
Rubin ayrıca bir fenomendir. O, vaxtilə Türkiyə və Azərbaycanla bağlı daha müsbət mövqedə çıxış edib, 2016-cı ildən sonra isə açıq şəkildə erməni diasporunun tezislərinə yaxınlaşıb. Bu dəyişiklik prinsipiallıqdan yox, Vaşinqtondakı dominant narrativin dəyişməsindən qaynaqlanır. Rubin dövlətlərin yox, güc mərkəzlərinin yanında duran analitik tipidir”.
Qeyd edək ki, Doran həqiqətən X şəbəkəsində “Fransevi Efendi”yə cavab yazıb və Səfəvilərdən bəhs edib. Ancaq onun İranda hakimiyyətə gəlməyə çalışan Pəhləvi varisinə qarşı 100 il əvvəlki Qacar sülələsinin adını çəkənlərin “yadına” 300 il öncəki Səfəviləri salmasının ironiya olub-olmadığı dəqiq deyil.
Asena,
BakuPost
Baxış sayı:54
Bu xəbər 13 Yanvar 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















