İranla bağlı qorxunc proqnoz verildi: Tehranda faciə yaşana bilər
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Seysmoloji Mərkəzinin rəhbəri Mehdi Zare dövlət televiziyasında yayımlanan “Tehran 20” proqramında ölkənin paytaxtını gözləyən təhlükələrlə bağlı ciddi açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Zare son üç onillikdə Tehranda qrunt sularının həddindən artıq və nizamsız istifadəsi nəticəsində sualtı təbəqələrin tükəndiyini bildirib.
Bu isə torpaq qatlarının zəifləməsinə, geoloji təzyiqin azalmasına və zəlzələ ocaqlarının aktivləşməsinə yol açıb:
“Qərbi Tehranda baş verən çökmələr zəlzələ proseslərini stimullaşdırır və riskləri daha da artırır.”
O, daha əvvəl də xəbərdarlıq etmişdi ki, yeraltı suların sürətlə azalması dayaz zəlzələlərin artmasına səbəb olub. Hazırkı vəziyyət isə Tehranı nəinki yüksək riskli seysmik zonaya çevirir, həm də yaxın illərdə böyük və dağıdıcı zəlzələlərin başvermə ehtimalını xeyli yüksəldir.
Mütəxəssislər hesab edirlər ki, əgər su ehtiyatlarının idarə olunması ilə bağlı təcili tədbirlər görülməzsə, Tehran regionu həm çökmə, həm də güclü zəlzələ təhlükəsi ilə üz-üzə qala bilər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Avqust 2025 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















