İranla bağlı ŞOK QƏRAR: Dayandırıldı!
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İranda büdcədə maliyyə vəsaiti çatışmazlığı səbəbindən aylıq əlillik müavinətlərinin ödənilməsi dayandırılıb.
Bakıvaxtı.az "İran İnternational"a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Sosial Təminat Təşkilatından bildiriblər.
Məlumata görə, sosial xidmətlər və gigiyena vasitələri üçün subsidiyaların ödənilməsi də gecikdirilir.
İLNA agentliyinin araşdırmasına əsasan, ödənişlərin azaldılması İslam Respublikası hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda sosial təminat sistemi himayəsində olan vətəndaşlara, xüsusilə əlilliyi olan insanlara dəstək göstərmək iqtidarında olmadığını göstərir.
Vurğulanıb ki, tibbi və gigiyena məhsullarının qiymətlərinin artması onurğa beyni zədəsi olan təxminən 45 000 nəfərə təsir edib. Steril sarğıların, kateterlərin, sidik qablarının, şprislərin və yataq yaralarının müalicəsi üçün preparatların qiyməti iki-üç dəfə artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 İyul 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















