Icma.az
close
up
RU
İranla bağlı tarixi proqnoz: Böyük plan pozuldu Türkiyə detalı

İranla bağlı tarixi proqnoz: Böyük plan pozuldu Türkiyə detalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun son çıxışlarının birində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, bir il öncə Yaxın Şərqin dəyişəcəyi ilə bağlı proqnozunun doğru çıxdığını vurğulayıb. Netanyahu Livan və Suriyanı misal göstərərək iki ölkə də də heç nəyin əvvəlki kimi olmadığını deyib. Baş nazir İranın da adını çəkərək bu ölkələrin İsrailin gücünü hiss etdiyini bildirib. 

Ekspertlərin fikrincə, Yaxın Şərqin geosiyasi mənzərəsi köklü şəkildə dəyişib və dəyişməkdə davam edəcək. Xüsusilə, Suriyada Bəşər Əsədin devrilməsi İranın İsrail sərhədlərinə uzanan qollarını kəsdi.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Benyamin Netanyahu hər zaman Yaxın Şərq siyasəti ilə bağlı sərt xəttin tərəfdarı olub:

“Doğrudur, zamanında bu sərtlik onun başına bəla da oldu, Likud Partiyasının parçalanması ilə nəticələndi. İsrailin keçmiş Baş naziri Ariel Şaron və siyasətçi Ehurd Olmert baş verənlərdə Netanyahunu ittiham edirdilər. Ancaq son bir ildə regionda yaşanan hadisələrə baxdıqca biz mühüm dəyişiklərin olduğunu görürük.

HƏMAS-a vurulan ağır zərbələr, təşkilatın rəhbərləri İsmayıl Haniyə və Yəhya Sinvarın ard-arda öldürülməsi, “Hizbullah” lideri Həsən Nəsrullahın və qruplaşmanın hərbi kanadının rəhbərliyinin sıradan çıxarılması və ümumilikdə Qəzzada uzun müddətdir davam edən dəhşətli əməliyyat buna nümunədir. Ancaq İsrail bir çox istəyinə çatmadı. Düzdür, İrana və proksi qüvvələrinə çox sarsıdıcı zərbələr endirə bildi, lakin Suriyada hazırlıqsız yaxalandı”.


Zeynal Əmrəliyev

Ekspertin sözlərinə görə, Rusiyanın gözlənilməz halda kənara çəkilməsi bütün planlar alt-üst etdi, İran da kənara çəkildi və İsrail Türkiyə ilə qarşı qarşıya gəldi:

“İndi İsrailin PKK uzantılarından tutunmaqdan başqa çarəsi qalmayıb. ABŞ-da yeni prezident Donald Trampın admistirasiyası fəaliyyətə başladıqdan sonra çalışacaqlar ki, onlarla birlikdə prosses yürütsünlər. Düşünürəm ki, Təl-Əviv Tehranla bağlı istəyinə də nail ola bilmədi. ABŞ-ı İran əleyhinə savaşa cəlb etməyi bacarmadı, həmçinin hədəfində olan SEPAH rəhbərlikləri və Tehranın nüvə sənayesinə zərbələr endirə bilmədi.

İsrailin qalibiyyəti ancaq lokal vəziyyətlə çərçivələndi.  Netenyahu hökuməti qarşıya qoyduğu böyük hədəflərə nail olmağı bacarmadı. Trampın dövründə də müəyyən addımlar atıla bilər. Ancaq ABŞ bu müddətdə İsraildən daha çox güzəşt tələb edəcək”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri