İranla mövcud vəziyyəti müharibə adlandırmazdım Vens
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Vitse-prezidenti C.D. Vens İranla mövcud münaqişənin müharibə olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Vens İranla bağlı mövcud vəziyyəti şərh edərkən “mən bunu müharibə adlandırmazdım. Hazırda aktiv hərbi əməliyyatlar aparılmır. Etiraf edirəm ki, bəzi yerlərdə vəziyyət daha da pisləşib”, - deyə bildirib.
Vitse-prezident münaqişənin sona çatması üçün hər hansı vaxt qrafiki açıqlamaqdan imtina edib. O, bunun İranın bundan sonra atacağı addımlardan asılı olduğunu vurğulayıb.
Vance Tehranın ticarət gəmilərinə hücumları davam etdirdiyi müddətdə Yaxın Şərqdə sülh danışıqlarının mümkün olmadığını qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Trampın köməkçiləri ilə İranla müharibəyə son qoyulub-qoyulmaması məsələsini gizli şəkildə müzakirə etdiyi bildirilmişdi.
Amerika liderinin iqtisadi təzyiqin nəticədə İran hökumətini nüvə proqramını məhdudlaşdırmağa məcbur edəcəyinə və ya hakimiyyətin çökməsinə səbəb olacağına inandığı qeyd olunub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 04 Sentyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















