İranla mübarizə sadəcə İran içində deyil, eyni zamanda onların proksi qüvvələrinin ərazilərində aparılmalıdır
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Rufiz Hafizoğlu danışıb. Politoloq qeyd edib ki, İranla mübarizə sadəcə İran içində deyil, eyni zamanda onların proksi qüvvələri ərazilərdə aparılmalıdır: “İranın proksi qüvvələri Suriyada, Livanda və İraqdadır. Bu gün bilirsiniz ki, Nuri Əl-Malikinin hakimiyyətə gəlməsi özü İranın İraqda yenidən güc toplaması deməkdir. Nuri Əl-Maliki sünni kökənli İŞİD terror qruplaşmasının ortaya çıxmasında ən başlıca səbəblərindən idi. Çünki İraqda Maliki hökumətində sünnilərə qarşı repressiv münasibət bu cür acı nəticələrə gətirib çıxardı ki, hər iki tərəf bir-birini qırır”.
Rufiz Hafizoğlu
“Livan hökumətində “Hizbullah” hər zaman dövlət içində dövlət olub. Biz Azərbaycandan yanaşmada, “Hizbullah”a terrorist deyə bilərik. Amma “Hizbullah” hər zaman Livanda çox güclü dövlət içində dövlət statusu olan bir qurum olub. “Hizbullah”ın içində elə sadəcə şiələr var düşüncəsi də yanlış düşüncədir. Bunların içində solçu falanqalar da, sünnülər də olub. “Hizbullah”ın içərisində qismən də olsa “müsəlman qardaşları” təşkilatı ideyasının daşıyıcıları da olub. Yəni bu monoton şiə təşkilatı deyildi. Bəli, ağır çoxluq şiə müsəlmanları idi”-deyən politoloq bildirib ki, bu gün artıq Livan belə “Hizbullah” təhlükəsini yavaş-yavaş anlamağa başlayıb.
“Ötən günlərdə Naim Qasimi bütün ərəb dünyasına səsləndi. Hər nə qədər zəif, sönük səslənmə olsa da, “biz sizin son ümidinizik. Yəni “Hizbullah” bütün ərəb, islam dünyasının son ümididir” dedi. Orada çox paradoksal detallar vardı. “Hizbullah”ı müdafiə modundan çıxıb, azadedici bir moda qoymaq istəyirdilər. Livanda çox ciddi problemlər, vetolar var idi. “Əl-Əqsa tufanı” əməliyyatı fonunda çox ciddi transformasiyalar baş verdi. Livanda nəhayət prezident seçə bildilər. Mişel Avn prezidet seçildi. Mişel Avn və Livanın baş naziri Navaf Salam açıq şəkildə deyirlər ki, “ Livan xalqı, “Hizbullah” bizim üçün gerçək təhlükədir”. Bu gün ordu və “Hizbullah” arasında bir qarşıdurmanın yaşanması da çox ciddi problemlərə gətirib çıxara bilər. Amma artıq bir qopuqluq var. “Hizbullah”ın rəhbəri Naim Qasiminin bir açıqlaması vardı. Deyirdi ki, Xameneiyə olan hər hansı bir hücum “Hizbullah”a hücumdur və biz bunun üçün mübarizə aparacağıq”-deyə Rufiz Hafizoğlu bildirib.
“Bu gün İrana qarşı təhdid dili istifadə olunur. Belə ki, şərt qoyulur ki, “sən bunu etməsən, biz bunu edəcəyik”. Diplomatik kanallar hələ də tam qopmayıb. Tam olaraq İranla diplomatik kanalların qopması hələ mümkün deyil”-deyən politoloqun fikrincə, İranın bunları qəbul edib etməyəcəyi Birləşmiş Ştatların ritorikasından asılıdır.
“Birləşmiş Ştatlar təhdid və ciddi diplomatik təzyiqlə tələb irəli sürdü. Amma İran rəsmiləri dedilər ki, “biz, “böyük Şeytan” adlandırdığımız Birləşmiş Ştatlarla danışığa hazırıq. Yetər ki, bu danışıqlar bizim yeni suverenliyimiz qorunmaq şərti ilə olsun”. Yəni İran danışıqlardan qaçmır. İran sadəcə olaraq çox ustaca bir manipulyasiya edir. İran zaman qazanmağa çalışır və Birləşmiş Ştatlar bunu açıq şəkildə bilir.
Bu gün Tramp çox dəhşətli bir lider kimi təqdim olunur. Bəli, güclü tərəfləri var. Amma İran məsələsində özü də bilmir ki, nə istəyir. Müharibə istəyirsə, beynəlxalq dəstək almayacaq”-deyən Rufiz Hafizoğlu qeyd edib ki, Birləşmiş Ştatlar da bunu çox gözəl bilir ki, İran məsələsində hər hansı bir ciddi dəstək almaya bilər, hətta İsrailin də İranla ehtimal olunan müharibəyə qoşulmama ehtimalı olduqca güclüdür, çünki proksi qüvvələr və İraq məsələsi var.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 30 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















