İranla müharibə qəhrəmanıyam, ancaq heç kim buna inanmır” Tramp
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mən də müharibə qəhrəmanıyam. İranın nüvə obyektlərini bombalamaq üçün qırıcılar göndərmişdim, amma bunu heç kim etiraf etmir”.
Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinlə müsahibəsində deyib.
O, İranla bağlı öncəki dövrdə atdığı addımları xatırladıb və özünü “İranla müharibə qəhrəmanı” adlandırıb.
Tramp bildirib ki, prezidentliyi dövründə İranın nüvə silahı əldə etməsinin qarşısını alıb: “İran cəmi 4 həftəyə nüvə silahı hazırlaya bilərdi, ancaq ABŞ-nin zərbələri bunun qarşısını aldı”.
O, İsrailin baş naziri Benyamin Netanyahunu da “müharibə qəhrəmanı” adlandırıb.
Tramp eyni zamanda Rusiya və Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, Vladimir Putin və Volodimir Zelenski arasında müharibəyə son qoymaq üçün görüş planlaşdırılır. O, qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















