Icma.az
close
up
RU
İranla müharibənin sonu necə olacaq? Sensasion proqnoz

İranla müharibənin sonu necə olacaq? Sensasion proqnoz

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranla münaqişənin necə başa çatdırılması ilə bağlı vahid strategiyanın olmaması Ağ Ev daxilində fikir ayrılıqlarını daha da kəskinləşdirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild” nəşri Politico-nun icmalçısı Daşa Bernsin məqaləsinə istinadən yazıb.

Məlumata görə, Tramp administrasiyası hazırda İrana qarşı gündəlik hərbi əməliyyatlar həyata keçirsə də, münaqişənin başa çatdırılması üçün aydın fəaliyyət planına malik deyil. On ildir ABŞ prezidentinin fəaliyyətini izləyən Berns Ağ Evdə çıxış strategiyasının olmadığını vurğulayır.

Məqalədə qeyd olunur ki, administrasiyanın yuxarı eşelonunda Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens arasında ciddi fikir ayrılığı mövcuddur. İddialara əsasən, Vens İrana qarşı hərbi əməliyyatların başlanmasının qarşısını almağa çalışsa da, bu cəhdləri uğursuz olub.

Bununla belə, vitse-prezidentin komandasının yaranan vəziyyətdən onun siyasi nüfuzunu artırmaq üçün istifadə etməyə çalışdığı bildirilir. Mənbələrin sözlərinə görə, məqsəd Vensin cəmiyyətdə və beynəlxalq aləmdə müharibəni bitirmək istəyən siyasətçi obrazını formalaşdırmaqdır. Hətta ölkələr arasında niyyət bəyannaməsi ilə bağlı təşəbbüs uğursuz olsa belə, bu, onun siyasi imicinə ciddi zərbə hesab edilmir.

Daşa Berns yazır ki, Donald Tramp isə diqqətini yenidən seçilməkdən çox, siyasi irsinə yönəldib. Müəllifin fikrincə, Tramp əvvəlcə münaqişədən uzaq durmağa və diplomatik həllə üstünlük verməyə çalışsa da, sülh prosesinin nəticəsiz qalması onu hərbi variantı seçməyə məcbur qoyub. Halbuki bu yolun məqsədəuyğunluğu prezidentin bəzi tərəfdarları tərəfindən də sual altına alınır. /globalinfo.az/

Məqalədə həmçinin vurğulanır ki, Ağ Evdə əsas qərarlar olduqca dar çevrədə qəbul edilir və yekun söz yalnız prezidentə məxsusdur. Şəffaf strategiyanın və kollektiv qərarvermə mexanizminin olmaması isə münaqişənin gələcək inkişafını proqnozlaşdırmağı çətinləşdirir.

Bernsin qənaətinə görə, məhz bu idarəetmə modeli İranla qarşıdurmanı “Tramp tipli münaqişə”yə çevirib. Hazırda prezidentin ətrafında müharibənin necə başa çatacağına dair aydın ssenari təqdim edə bilən şəxs yoxdur və prosesin taleyi əsasən Donald Trampın qərarlarından asılı olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyul 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri