İranla Oman Hörmüzlə bağlı razılığa gəldilər
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Tərəflərin nəzərdən keçirdiyi marşrutun coğrafi parametrləri razılaşdırılıb və əgər bəzi üçüncü tərəflər bu məsələdə maneə yaratmasalar, iki ölkənin razılaşdırdığı əsas müddəaları və mühüm məqamları özündə əks etdirən birgə bəyanat da yekun baxış və hazırlıq mərhələsindədir", - deyə o vurğulayıb.
Daha əvvəl İranın dövlət teleradio şirkəti mənbəyə istinadən xəbər vermişdi ki, Oman və İran arasında bağlanacaq gələcək saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur və bu məsələ ABŞ-nin atacağı addımlardan asılı olacaq.
Baxış sayı:130
Bu xəbər 27 Avqust 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















