İranla razılaşma əldə olunmasa...
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib. Bununla belə, o, oktyabrın 25-də İrana zərbə endirilməyəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti “Fox News” telekanalına müsahibəsində İranla bağlı iki variantı nəzərdən keçirdiyini söyləyib.
“Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik”, – deyə Tramp vurğulayıb.
O, ABŞ və İsrailin İranla hərbi qarşıdurması başa çatdıqdan sonra dünya bazarında neft qiymətlərinin aşağı düşəcəyinə inandığını da bildirib.
Qeyd edək ki, oktyabrın 24-də Tramp Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 Oktyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















