Icma.az
close
up
RU
İranla son döyüşlərdə neçə amerikalı həlak olub..? ARAŞDIRMA

İranla son döyüşlərdə neçə amerikalı həlak olub..? ARAŞDIRMA

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Belə bir şübhə yaranır ki, mövcud qanunvericilik, əslində, imkan verməsə də, Pentaqonun indiki rəhbərliyi statistikanı iki hissəyə bölüb, ikinci hissəni müəyyən müddət ərzində ictimaiyyətə açıqlamaya bilər. Tramp rejiminin mövcud durumu nəzərə alınarsa, bu ehtimal həqiqətdən çox da uzaq görünmür...”

“Xüsusi təyinatlıların gizli həyata keçirdikləri əməliyyatın üzərindən məxfilik qrifi  götürülmədiyi müddətdə itkilər barədə məlumatlar rəsmi sistemlərə daxil edilmir...”

“Bəzən siyasi rəhbərlik hərbi gərginliyin qarşısını almaq, diplomatik danışıqlara zərər verməmək və ya döyüş əməliyyatının miqyasını gizli saxlamaq üçün itkilər barədə məlumatı əməliyyat şəraitinin imkan verdiyi müddət ərzində ictimaiyyətə açıqlamaya bilər...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış tədqiqatçı Araz Şəhrilinin “İranla son döyüşlərdə neçə amerikalı həlak olub..?” başlıqlı araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

İran İslam Cümhuriyyəti İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Mohebi 26 iyul 2026-cı il tarixində belə bir bəyanat verdi:

“8 İyul 2026-cı il tarixindən sonra Yaxın Şərqdəki ABŞ hərbi bazalarına İran ordusunun endirdiyi zərbələr nəticəsində 200-dən çox ABŞ hərbçisi həlak olub. ABŞ-nin öz itkiləri ilə bağlı rəsmi məlumatları qeyri-dəqiqdir. Vaşinqton kütləvi informasiya vasitələrinin nümayəndələrini İranın zərbə endirdiyi ABŞ bazalarına buraxmalı və ölənlərin dəqiq sayını bildirməlidir”.

Xatırladaq ki, Pentaqonun rəsmi məlumatına görə, 2026-cı il iyul ayının 8-dən 25-dək bölgədə 4 ABŞ hərbçisi həlak olub, 207 əsgər və zabit isə yaralanıb. 

ABŞ ordusunun maddi itkiləri dözülməz səviyyədədir. Bu ölkənin Yaxın Şərqdəki hərbi bazalarının hamısı yerlə -yeksan edilib, onlarla bahalı təyyarə, dron, helikopter, radar, rabitə sistemi, raket qurğusu və s. tamamilə sıradan çıxarılıb. ABŞ-nin hücum və müdafiə vasitələri tükənib. 

Lakin bugünkü yazımızın mövzusu ABŞ-nin maddi deyil, insani itkiləridir. İran bildirir ki, 17 gün ərzində ABŞ-nin 200 hərbçisi öldürülüb. ABŞ isə iddia edir ki, həmin müddətdə cəmi 4 hərbçisi həlak olub. Beləliklə, həqiqəti müəyyən etmək üçün kiçik bir araşdırma aparaq. Bu zaman üç suala cavab tapmağa çalışaq:

1. ABŞ rejimi Yaxın Şərqdə istifadə etdiyi hansı qüvvələrin itkisini gizlədə bilər?

2. Son illərdə ABŞ hökuməti itki statistikası ilə bağlı məqsədli şəkildə ictimaiyyətə yalan məlumatlar ötürübmü?

3. İran İslam Cümhuriyyəti qarşı tərəfin itkiləri barədə KİV-ə çox şişirdilmiş məlumatlar sızdırıbmı?

Birinci sualdan başlayaq. ABŞ rejimi əsasən 6 kateqoriyadan olan şəxslərin ölüm faktını bu və ya digər dərəcədə gizlədə bilər: 

1. ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri. Xüsusi təyinatlının ölüm faktı aşağıdakı hallarda dərhal açıqlanmır:

- Xüsusi təyinatlı qüvvələrin iştirak etdiyi əməliyyat hələ davam edir və itki barədə məlumatın yayılması həmin bölgədəki digər hərbçilərin həyatını təhlükəyə ata bilər. 

- Xüsusi təyinatlıların gizli həyata keçirdikləri əməliyyatın üzərindən məxfilik qrifi  götürülmədiyi müddətdə itkilər barədə məlumatlar rəsmi sistemlərə daxil edilmir.  

- Həlak olan hərbçinin ailəsinə rəsmi bildiriş verilməmiş ictimaiyyətə və ya KİV-ə heç bir məlumat verilə bilməz. Ailə üzvlərinin tapılması və məlumatın onlara şəxsən təqdim olunması müəyyən bir vaxt tələb edir. Məhz həmin müddət ərzində həlak olanın adı gizli saxlanılır... 

- Hərbçinin həlak olduğu dəqiq bilinmirsə, ona əvvəlcə “itkin” statusu verilir. Düşmən arxasında əsir düşmə ehtimalı yüksək olan xüsusi təyinatlıya bu statusun verilməsi onun ölüm xəbərinin yayılmasının qarşısını müvəqqəti alır. 

- Bəzən siyasi rəhbərlik hərbi gərginliyin qarşısını almaq, diplomatik danışıqlara zərər verməmək və ya döyüş əməliyyatının miqyasını gizli saxlamaq üçün itkilər barədə məlumatı əməliyyat şəraitinin imkan verdiyi müddət ərzində ictimaiyyətə açıqlamaya bilər.

2. ABŞ xüsusi xidmət orqanlarının (kəşfiyyat, hərbi kəşfiyyat, əks-kəşfiyyat, anti-terror) əməkdaşları.

Onların ölüm faktı adətən aşağıdakı hallarda gizli saxlanılır:

- Əməkdaş rəsmi olaraq ABŞ hökumətinin deyil, hər hansı bir özəl şirkətin nümayəndəsi, jurnalist, iş adamı və ya yerli podratçı kimi (örtük altında) fəaliyyət göstəribsə, onun əsl kimliyi və ölüm səbəbi dərhal açıqlanmır. Yalnız həmin şəxsin əsl kimliyi və yerinə yetirdiyi əməliyyat tapşırığının üzərindən məxfilik qrifi götürüldükdən sonra bu məlumat ictimaiyyətə bildirilir.

- Kəşfiyyatçının həlak olması faktının ictimaiyyətə açıqlanması onun yerli mənbələrini, agentura şəbəkəsini və ya həmin bölgədə işləyən digər gizli əməkdaşları birbaşa təhlükə altına sala bilərsə, ölüm faktı əməliyyat bitənə qədər məxfi saxlanılır.

- Əməkdaşın müəyyən bir ölkədə həlak olması hərbi-siyasi qalmaqala və ya beynəlxalq hüquq pozuntularına səbəb olacaqsa, ABŞ hökuməti onun ölüm faktını təsdiqləməyə bilər.

- Mərkəzi Kəşfiyyat İdarəsi işə qəbul zamanı əməkdaşlar və onların ailələri ilə sərt məxfilik sazişi  bağlayır. Həmin müqaviləyə əsasən, ailəyə ölümün detalları barədə məlumat verildikdə belə, onların ictimaiyyətə açıqlanması qadağan edilə, yaxud hadisənin fərqli formada (məsələn, bədbəxt hadisə və ya ölkə xaricində təbii ölüm kimi) təqdim olunması tapşırıla bilər.

3. Müqavilə ilə bölgədə xidmət keçən özəl hərbi şirkətlərin muzdluları.

2003-2011-ci illərdə İraqda təxminən 150.000 ABŞ hərbçisi, 160.000 muzdlu xidmət edib. Həmin savaşda 4.400 ABŞ hərbçisi, 2.000-dən çox muzdlu həlak olub. Amma müstəqil ekspertlər qeyd edirlər ki, muzdluların itkisi bundan ən azı iki və ya üç dəfə artıq olub. İranla indiki müharibədə özəl hərbi şirkətlərin iştirakı barədə hələ ki, rəsmi məlumat yoxdur. Lakin ABŞ-nin iştirak etdiyi əvvəlki müharibələrin təcrübəsi göstərir ki, həmin şirkətlər artıq bölgədədirlər. Hazırki mərhələdə onların xidmətindən ən azı mühafizə və xilasetmə tədbirlərində istifadə olunur...

4. ABŞ ordusunda xidmət edən, lakin bu ölkənin vətəndaşlığını hələ almamış hərbçilər. Bu kateqoriyanın qarşısında aşağıdakı şərtlər qoyulur:

- ABŞ silahlı qüvvələrində sıravi və ya çavuş kimi xidmət etmək istəyən şəxs mütləq bu ölkədə daimi yaşayış hüququna malik olmalıdır.

- ABŞ vətəndaşlığı olmayan şəxs yalnız sıravi və çavuş heyətində xidmət edə bilər. Zabit olmaq üçün mütləq şəkildə ABŞ vətəndaşlığı tələb edilir. 

ABŞ ordusunda xidmət edən əcnəbilər üçün ABŞ vətəndaşlığının əldə olunması prosesi xeyli sürətləndirilir. Əcnəbi sülh dövründə ən azı 1 il qüsursuz xidmət etdikdə, hərbi əməliyyatlar və ya böhran dövrlərində isə bir qədər də tez və sadələşdirilmiş qaydada ABŞ vətəndaşlığı almaq üçün müraciət etmək hüququ qazanır.

5. Döyüş vaxtı yaralanmış, bundan bir neçə gün, bir neçə həftə və ya bir neçə ay sonra hospitalda vəfat etmiş hərbçilər.

İctimaiyyətə açıqlanan rəsmi "müharibədə həlak olanlar" siyahısına adətən həm döyüş meydanında ölənlərin, həm də hospitalda vəfat edənlərin müəyyənedici məlumatları daxil edilir. Pentaqonun açıqladığı adbaad itki siyahılarında və xatirə reyestrlərində həmin şəxslərin adları qarşısındakı status qrafasında belə yazılır: "yaralardan vəfat edib”. 

Lakin ABŞ ordusunun rəsmi sənədlərində, təhlili hesabatlarında, qeydiyyat sistemlərində bilavasitə döyüş zamanı həlak olanların və savaşda aldıqları yaralardan ölənlərin müəyyənedici məlumatları həmişə fərqli sütunlarda verilir və iki ayrı siyahıda təsbit edilir.

Bütün bunlar belə bir şübhə yaradır ki, mövcud qanunvericilik, əslində, imkan verməsə də Pentaqonun indiki rəhbərliyi statistikanı iki hissəyə bölüb, ikinci hissəni müəyyən müddət ərzində ictimaiyyətə açıqlamaya bilər. Tramp rejiminin mövcud durumu nəzərə alınarsa, bu ehtimal həqiqətdən çox da uzaq görünmür...

6. Orduda çalışan mülki şəxslər - mütəxəssislər, tədqiqatçılar, texniki dəstək işçiləri və ya logistika əməkdaşları.

ABŞ hökuməti onların ölüm faktını bəzən müəyyən müddət ərzində gizli saxlaya bilər. Bu proses əsasən xüsusi təyinatlı qüvvələrin döyüşçülərinə və xüsusi xidmət orqanlarının əməkdaşlarına tətbiq olunan prinsiplərə bənzəsə də, mülki şəxslər üçün əlavə hüquqi və inzibati mexanizmlər nəzərdə tutulur. Ölüm faktının gizli saxlandığı hallara diqqət yetirək:

- Ordu və ya kəşfiyyatla əlaqəli gizli hərbi layihələrdə (məsələn, qabaqcıl texnologiyaların tətbiqi, gizli sınaqlar və ya kəşfiyyat dəstəyi) çalışan mülki mütəxəssis dövlətlə sərt məxfilik sazişi imzalayır. Həmin müqaviləyə əsasən, o, məxfi əməliyyat zonasında və ya tədqiqat zamanı həlak olarsa, həmin əməliyyat və ya layihənin üzərindən məxfilik qrifi götürülənə qədər onun ölümünün əsl səbəbi və yeri gizli saxlanıla bilər.

- Həlak olan mülki şəxsin ailəsinə dərhal rəsmi bildiriş göndərilməlidir. Lakin mülki şəxslərin ölüm faktı ictimaiyyətə heç də həmişə hərbi itki kimi elan olunmur. Bəzi hallarda onların ölümü "bədbəxt hadisə" və ya "xaricdə təbii ölüm" kimi ümumi formada təqdim edilə bilər. Bu isə öz növbəsində real səbəblərin bir müddət gizli qalmasına səbəb olur...

- Mülki şəxs müharibə zonasında strateji bir missiyada iştirak edərkən həlak olubsa, heyətin digər üzvlərinin və ya obyektin təhlükəsizliyi təmin edilənə qədər onun ölüm xəbəri ictimaiyyətdən gizli saxlanılır.

Haşiyə: 

Yazımızın davamında bu altı kateqoriyanın hər biri üzrə ABŞ-nin ehtimal olunan itki sayı təqdim ediləcək.

(Davamı var)

Müəllif: tədqiqatçı Araz Şəhrili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyul 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri