İranla sülh üçün ABŞ İsrailə hərbi dəstəyi dayandırmalıdır Co Kent
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru, Respublikaçılar Partiyasının üzvü Co Kent İranla davamlı sülh razılaşmasına nail olmaq üçün Vaşinqtonun İsrailə dəstəyini kəsməli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Co Kent bu barədə öz sosial media hesabında paylaşım edib.
O, Donald Trampın keçmiş müttəfiqi, İsrailin müdafiə naziri İsrael Katzın "kompromis və güzəştlər deyil, qətiyyətli qələbələr axtaracağıq" bəyanatına reaksiya verib. Kent qeyd edib ki, İsrail ABŞ ilə İran arasında bağlana biləcək hər hansı sülh müqaviləsinə əməl etməyəcək. Onun sözlərinə görə, Təl-Əvivin addımları Amerikanın strateji məqsədlərinə mane olur və ABŞ-ni lazımsız münaqişələrə cəlb edir.
Keçmiş direktor vurğulayıb ki, İsrailin İrana qarşı davamlı hücumlar etmək qabiliyyəti birbaşa ABŞ-nin köməyindən asılıdır və bu yardım olmadan Qüdsün eyni anda bir neçə cəbhədə müharibə aparması qeyri-mümkündür.
"Xəyallar qurmayın - bu, razılaşmamızı pozmaqla hədələyir. Amma biz rıçaqı aradan qaldıra bilərik: bu axmaq müharibəyə son qoymaq potensialını qorumaq üçün təmin etdiyimiz İsrailin hərbi dəstəyini dərhal kəsə bilərik", — deyə Co Kent əlavə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















