İranlı analitikdən mollalara sərt tənqid: “Nə etdiyinizi anlamırsız”
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın ən məşhur analitiklərindən biri olan Sadiq Zibaikəlam ölkəsində mövcud olan rejimi sərt tənqid edib. Tribunainfo.az xəbər verir ki, o, hazırkı rejimin siyasətinin milli maraqlara cavab vermədiyini qeyd edib.
O deyib ki, İran hazırda 10 min km məsafədən hədəfi vura biləcək raketlər hazırlayır. “Biz 2,000 və ya 10,000 kilometr mənzilli raketlə haranı vurmaq istəyirik? Məqsədimiz nədir? ABŞ-ı vurmaq? Bunun üçün ağlımızı itirməyimiz lazımdır. Nə etdiyimizi heç özümüz də bilmirik”.
Zibaikəlam daha sonra rejim mənsublarını daha sərt tənqid edib. “Ömrünüzü “İsraili məhv etməliyik” şüarları ilə keçirən siz idiniz. Bu, sadəcə şüar deyildi, həm də məqsəd idi. Nəticə 12 günlük müharibəyə gətirib çıxardı. Əziyyətini də çəkdik”.
O daha sonra qeyd edib ki, İranın ABŞ və İsrailə qarşı təhdid siyasəti yanlışdır. “Bu, milli maraqlara söykənmir”.
Fərda Uğur
Baxış sayı:39
Bu xəbər 29 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















