İranlı aparıcı nüvə silahı ilə bağlı VACİB PAYLAŞIM ETDİ: “Tezliklə”
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranlı aparıcının paylaşımı sosial mediada müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, İranın dövlət televiziyası IRIB News-un tanınmış xəbər aparıcısı Səhər Emami "X" (keçmiş Twitter) sosial şəbəkəsində etdiyi paylaşım ilə gündəmə gəlib. O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, sadəcə “Tezliklə...” (ing. Soon...) sözünü yazıb. Qısa, lakin simvolik paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu İranın mümkün nüvə mesajı kimi dəyərləndirərkən, digərləri siyasi və ya simvolik bir jest kimi şərh ediblər.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. pizza
Qeyd edək ki, Səhər Emami ötən ay İsrailin İran dövlət televiziyasının infrastrukturuna təşkil etdiyi raket hücumu zamanı yaralanmışdı.
Aytac Əliyeva
Baxış sayı:70
Bu xəbər 01 Avqust 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















