İranlı diplomat Hörümüz boğazı və nüvə obyektlərinə dəyən zərər barədə danışıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hörümüz boğazının bağlanması məsələsi masa üzərindədir, amma buna İranın ali şəxsləri qərar verəcəklər.
525.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
"Hörmüz boğazı ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verə bilər. Onun bağlanıb-bağlanmamasına dair yekun qərar
vermək səlahiyyətinə bu qurum malikdir. Lakin bu, masa üzərində olan məqamlardan biridir".
Diplomat onu da deyib ki, ABŞ-ən İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra dəyən zərərlər araşdırılır.
“Nüvə obyektlərinə hücum beynəlxalq normalara zidddir. Çünki bunun zərərləri bir ölkəni deyil, bütün regionu əhatə edir. Lakin İsrail və ABŞ məntiqsiz şəkildə bu hücumu etdilər. Araşdırma başa çatdıqdan sonra İranın Atom Agentliyi bu barədə məlumat veriləcək”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















