Icma.az
close
up
RU
İranlı narkobaronun güdazına getdi 11 kiloqram narkotiklə tutuldu

İranlı narkobaronun güdazına getdi 11 kiloqram narkotiklə tutuldu

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrandan əldə etdiyi külli miqdarda narkotik vasitəni Azərbaycanda satışını təşkil etməkdə təqsirləndirilən İlkin Vaqif oğlu Əhmədovun cinayət işinin bəzi detalları məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, İlkin Əhmədov gəlir əldə etmək niyyəti ilə iranlı narkobaronla cinayət əlaqəsinə girib.

Belə ki, o, İran İslam Respublikasının vətəndaşı "Həsən" adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb ki, külli miqdarda narkotik vasitəni satacaq.

İlkin Əhmədov "Həsən" adlı şəxsin sifarişi ilə paytaxtın Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda - 10 kiloqram 395 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib.

Həmin narkotik vasitənin satışını həyata keçirmək üçün avtomobildə saxlayıb.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Əhmədov ötən ilin avqustunda gecə saatlarında həmin ünvanda saxlanılıb.

Onun avtomobilinə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 10 ədəd bükümdə ümumilikdə - 11 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri