İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüz olduğunu bildirib, çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə açıqlama verib.
"Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik", - o bildirib.
Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur.
D.Tramp eyni zamanda İran Prezidenti Məsud Pezeşkian ilə görüşün mümkünlüyünü istisna etməyib.
Baxış sayı:110
Bu xəbər 10 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















