İranlı nazirdən şikayət: Yük maşınları sərhəddə ləngiyir
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimal-Cənub Dəhlizi boyunca qeyri-fiziki maneələrin aradan qaldırılması ən mühüm addımlardan biridir.
Yenisabah.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
O, Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib ki, yük maşınları qarşı tərəfdə gündəlik qəbul məhdudiyyətinə görə sərhəddə gözləməli olurlar: pizza hut
“Bunu növbə sistemlərinin tətbiqi azalda bilər. İran hazırda müxtəlif sərhədlərdə bu infrastruktur və sistemləri inkişaf etdirir. İran-Azərbaycan-Rusiya-Hindistan arasında gömrük əməkdaşlığına dair anlaşma Memorandumunun layihəsi artıq tərəflərə yönləndirilib. Təklif edirəm ki, artıq bu sənəd qısa müddət ərzində yekunlaşdırılıb imzalansın.
Bundan əlavə, ixracat və tranzit əməliyyatlarında mallar və nəqliyyat vasitələri barədə gömrükxanalarda elektron məlumat mübadiləsi üçün 3 ölkə arasında texniki əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılsın və bu istiqamətdə daimi görüşlər keçirilsin”.

