“İranlılar heç yerə getməyiblər” Barak Ravid
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İran nümayəndə heyətinin ABŞ ilə aparılan danışıqları tərk etməsi barədə xəbərlər təkzib olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış jurnalist Barak Ravid özünün “X” sosial şəbəkə hesabında məlumat paylaşıb:
“İranlılar heç yerə getməyiblər, onlarla ABŞ arasındakı müzakirələr hazırda da davam edir”.
Jurnalist mövzu ilə bağlı başqa təfərrüat açıqlamayıb.
Bununla belə, TASS agentliyinin diplomatik mənbəsi iddia edir ki, İran heyəti görüş yerini müvəqqəti tərk etsə də, rəsmi olaraq diplomatik prosesə yekun vurmayıb.
Xatırladaq ki, daha əvvəl Qətər Xarici İşlər Nazirliyi İsveçrədə ABŞ, İran və Pakistan arasında kritik danışıqların başladığını elan etmişdi. Lakin ABŞ Prezidenti Donald Trampın İranın Livandakı qruplaşmalarına qarşı “ağır zərbələr endirə bilərik” təhdidindən sonra rəsmi Tehranın etiraz olaraq masadan durduğu iddia edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 İyun 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















