Icma.az
close
up
RU
İranlıların ABŞ dən kütləvi deportasiyası məqsədlidir ŞƏRH

İranlıların ABŞ dən kütləvi deportasiyası məqsədlidir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Regionda yeni gərginlik bu dəfə müsəlman ölkələri arasında olacaq

ABŞ administrasiyası ötən gün təxminən 100 iranlını ölkədən deportasiya edib. “The New York Times“ın məlumatına görə, deportasiya edilənlər arasında sığınacaq verilməsindən imtina olunmuş kişilər, qadınlar və cütlüklər olub. 

Onların bir qismi həbs olunduqdan sonra könüllü deportasiyanı qəbul edib. Luizianadan havaya qalxan xüsusi təyyarə Qətər üzərindən İrana yola salınıb. Bu, son illərdə iranlıların ən böyük kütləvi deportasiyası kimi qiymətləndirilir. Qeyd edilib ki, Vaşinqton uzun müddətdir diplomatik əlaqələrin olmaması və sənədləşmə problemləri səbəbindən İrana deportasiyadan yayınıb. Lakin bu dəfə deportasiya ABŞ və İran arasında pərdəarxası aparılan danışıqlar nəticəsində mümkün olub. İran Xarici İşlər Nazirliyi isə bu şəxslərin geri qaytarılmasını koordinasiya etdiyini açıqlayıb. İran rəsmiləri hadisəni nadir əməkdaşlıq nümunəsi kimi dəyərləndiriblər. Jurnalistlər isə deportasiya olunanların doğma ölkələrində üzləşə biləcəkləri potensial risklərə baxmayaraq, əməliyyatın həyata keçirildiyini vurğulayırlar.


Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki,  iranlıların ABŞ-dən kütləvi deportasiyası İran daxilində mümkün çaxnaşmalar, təlatümlər yaratmağa xidmət edir: 

“Bu, təbii ki, ABŞ-nin və İsrailin maraqlarına uyğundur. Lakin İran üçün də həmin şəxslərin ölkəyə qayıdışı daxili auditoriya üçün müsbətdir. ABŞ-nin İranla gizli danışıqlarının heç zaman arası kəsilməyib. Onlar bütün məsələlərdə pərdəarxası danışıqlarla anlaşıblar. Aralarında düşmənçilik görüntüsü yaranıb və İran öz xalqına ABŞ-ni düşmən kimi təqdim edib. Bu, ona lazımdır. Əgər İsrail və ABŞ olmasa belə, İran mütləq hansısa bir dövlət seçib ona düşmən obrazı verəcək. Odur ki, nüvə proqramı məsələsi üzərindən oynayırlar. Görünməyən və ictimaiyyətə açıqlanmayan bir çox sahələrdə hər iki dövlətin arasında danışıqlar, hətta mübadilənin olması haqda da məlumatlar var. Əgər Trampın təqdim etdiyi layihənin həyata keçirilməsinə İran maneə yaratmasa, "nüvə" dosyesi masadan götürüləcək. Yox, İran HƏMAS, Hizbullah, Ənsarullah vasitəsilə İsrail üçün yenidən problem yaradarsa, bu zaman hətta İranda nüvənin hazır olduğu haqda rəy verilib proseslər hərbi müdaxiləyə qədər irəliləyə bilər. ABŞ-nin İranla bağlı narahatlığı İsrailə görədir. Əgər İran indən belə də İsrailin maraqlarına xidmət etməyə davam edəcəksə, şübhəsiz ki, nüvə məsələsi ABŞ ilə gərginliyə səbəb olmayacaq. İsrailin ərəb torpaqlarını addım-addım işğal etməsinə ən böyük zəmini yaradan İrandır. İranın təhdidləri, proksi qüvvələrinin yaratdığı situasiya səbəb olur ki, İsrail dəhşətli silahlara sahib olmağa haqq qazanır və İran təhdidini bəhanə gətirərək hazırkı siyasətinə davam edir. HƏMAS-ı Qəzzadan Suriyaya köçürmək istəyirlər. Çünki Suriya İranın əlindən çıxıb və İsrailin də qarşısında Türkiyə durub. Amma HƏMAS-ın Suriya torpaqlarına keçməsi İsrail və İranın ortaq maraqlarına xidmət edir. ABŞ-nin Qəzza planı çərçivəsində HƏMAS-ın Qəzzadan çıxarılması əslində bu məqsədə xidmət edir. İsrail HƏMAS-ın fəaliyyətindən bəhrələnərək Qəzzanı nəzarətə alandan sonra artıq HƏMAS ona Qəzzada yox, yeni tutmaq istədiyi torpaqlarda, yəni, Suriyada lazımdır”. 


T. İrfanın sözlərinə görə, İranla ABŞ-nin danışıqlarında əslində nüvə silahı mövzusu pərdədir və altda Yaxın Şərq müzakirə olunur: 

“İranlıların deportasiya edilməsi kimi xırda detallar razılaşılan əsl mövzuları pərdələmək üçündür. Lakin ABŞ-nin İranla razılaşacağı, Yaxın Şərqin geosiyasi vəziyyətini dəyişəcəyi məsələlər Türkiyə və Suriyanın əleyhinədir. ABŞ-nin məqsədi Yaxın Şərqdə güclənən Türkiyənin qarşısında İranı görməkdir. Əgər bu məsələdə razılığa gəlsələr, Yaxın Şərqdə gərginlik bu dəfə müsəlman ölkələrinin arasında yaşanacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 06:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri