İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranyönlü qruplaşmaların birliyi olan "İraq İslam Müqaviməti" Səudiyyə Ərəbistanını hər hansı təzyiq cəhdinə qarşı "sərt cavab" veriləcəyi barədə xəbərdar edib. XQ-nin məlumatına görə, bununla bağlı bəyanat birliyin rəsmi Telegram kanalında yayımlanıb.
Xəbərdarlıq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin İraq silahlı qruplaşmalarını pilotsuz uçuş aparatları (PUA) ilə neft infrastrukturuna hücum cəhdlərində ittiham edərək, krallığın bu cür hərəkətlərə cavab verməyə hazır olduğunu açıqlamasından sonra edilib. Bununla yanaşı, "İraq İslam Müqaviməti" enerji obyektlərinə zərbələrdə iştirakla bağlı ittihamları rədd edərək onları əsassız adlandırıb. Eyni zamanda, "Ənsar Allah" (husilər) hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürərək, Səudiyyə Ərəbistanının şərqdəki neft yataqlarını Qırmızı dənizdəki Yənbu limanı ilə birləşdirən neft nəqli marşrutlarına zərbə endirdiyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 28 İyul 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















