İraq: “Hörmüz boğazının bağlanması böhrana səbəb olacaq”
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İraqın xarici işlər naziri Fuad Hüseyn İsrail-İran müharibəsi səbəbindən Hörmüz boğazının bağlanmasının qlobal enerji bazarında böyük böhran yarada biləcəyi və dünya iqtisadiyyatına mənfi təsirləri ilə bağlı xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hüseyn İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə telefon danışığı aparıb.
Görüşdə son hadisələr və regionda artan gərginlik müzakirə edilib.
Nazir Hüseyn vurğulayıb ki, İraqın hava məkanının İsrail və ya hər hansı digər tərəf tərəfindən pozulması bu ölkənin suverenliyinə açıq hücum və beynəlxalq hüququn pozulmasıdır.
İraqlı nazir bəyan edib ki, müharibə Hörmüz boğazını bağlamaq həddinə çatarsa, bu, qlobal enerji bazarında böyük böhran yaradacaq və dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















