“İraq kürd qrupları sərhədi keçməyib...“ Dezinformasiyadır... Urmiyalı araşdırmaçı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hələlik İraqdakı kürd qruplaşmaları tərəfindən İrana bir hücum olmayıbdı. Anlaşılan odur ki, bütün kürd partiyaları Ərbildə toplaşıblar və Avropadakı kürd təşkilatlarından da nümayəndələr oraya gedibdir. Hətta iranlıların “Xalq mücahidləri” təşkilatı da oradadır. Əgər İranın hazırkı hökumətinin yıxılmadığını görsələr, ABŞ və İsrail həmin qruplaşmalardan istifadə edəcək və onlara İraq-İran sərhədini keçmək əmri veriləcək. “Xalq mücahidləri” qrupunun da onlarla bərabər İrana girmək ehtimalı var".
Bunu Moderator.az-a açıqlamasında İraq Kürdüstanındakı kürd terrorçularının guya İranla sərhədi keçərək Urmiya ərazisinə doğru mövqelər tutmasıyla bağlı xəbərlərə münasibət bildirən Güney Azərbaycanlı araşdırmaçı Rıza Talebi söyləyib.
"Amma bir daha deyirəm ki, məndə olan məlumata görə, hələ bu vaxta qədər kürd qrupları İran sərhədini keçməyib. Belə xəbərlər “Axios” nəşri kimi İsrailə bağlı nəşrlərin qəsdən yaydığı dezinformasiyadır. Kürd peşmərgələr sadəcə İraq Kürdüstanının sərhədini qorumaq üçün oradadırlar. Ancaq bu o demək deyil ki, gələcəkdə kürd qrupları sərhədi keçməyəcək və Urmiyaya, Güney Azərbaycana doğru hərəkət etməyəcək. Daha öncə də sizə demişdim, İranı fərqli bölgələr və etnik, dini qruplar vasitəsilə bir iç savaşına- vətəndaş müharibəsinə aparmağa çalışırlar", -deyə davamında araşdırmaçı diqqətə çatdırıb.
Reza Talebinin açıqlamasıyla daha geniş şəkildə yaxın müddətdə tanış ola bilərsiniz.
Moderator.az-ı izləyin!..
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 Mart 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















