İraq Kürdüstan Regionunun Başçısı Azərbaycanda səfərdədir
İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Sherg.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
Baxış sayı:45
Mənbə:https://sherg.az