İraq müqavimət qüvvələri tərksilah etməyə hazırdır
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İraq İslami Müqavimətinin bir hissəsi olan silahlı şiə qrupları Bağdad və Vaşinqton arasında münaqişənin genişlənməsinin qarşısını almaq üçün silahlarını yerə qoymağa hazırdırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi qrup üzvlərinə istinadən məlumat yayıb.
Agentlik mənbələri qrup liderləri ilə İraqın baş naziri Məhəmməd əl-Sudani arasında tərksilah danışıqlarında "əhəmiyyətli irəliləyiş əldə edildiyini" və ABŞ-ın tərksilah çağırışlarına cavab verməyə meylli olduqlarını bildirib.
Mənbələr bildirirlər ki, müqavimət qüvvələrinin əsas müttəfiqi olan İran İnqilab Keşikçiləri Korpusu İraq qüvvələrinə Vaşinqtonla münasibətlərin azaldılması ilə bağlı öz qərarlarını vermək imkanı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















