İraq ölkənin cənub regionunda hava məkanını yenidən açdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İraq ölkənin cənub bölgəsində hava məkanının açıldığını elan edib.
Oxu.Az-ın INA agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə İraq Nəqliyyat Nazirliyinin rəsmi nümayəndəsi Meysam əs-Safi məlumat verib.
Bildirilir ki, İran qüvvələrinin ötən gecə Qətərdə yerləşən ABŞ-nin "Əl-Udeyd" hava bazasına raket hücumundan sonra cənubda hava nəqliyyatının hərəkətinə məhdudiyyət qoyulmuşdu.
"Vəziyyətin qiymətləndirilməsindən və mülki aviasiya idarəsinin təsdiqindən sonra İraqın cənub bölgəsində hava məkanı uçuşlar üçün açıqdır", - deyə əs-Safi vurğulayıb.
O əlavə edib ki, hazırda bütün İraq üzərində uçuşların tam həcmdə bərpası məqsədilə ölkənin hava məkanının təhlükəsizliyinin qiymətləndirilməsi üzrə iş aparılır.
İraq aviasiya hakimiyyəti 13 iyun gecəsi, İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra, ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qadağa tətbiq edib və bu qadağa hələ də qüvvədədir. Buna baxmayaraq, cənub bölgəsi ilə hava əlaqəsi dünən gecəyə qədər kəsilməmişdi və orada Bəsrə şəhərində beynəlxalq hava limanı fəaliyyət göstərirdi.
Daha əvvəl İraq parlamentinin nəqliyyat komitəsinin nümayəndəsi Amir Abdel Cabbar məlumat vermişdi ki, İran-İsrail münaqişəsinin eskalasiyası səbəbindən ölkənin hava məkanının bağlanması ilə əlaqədar İraq hər gün təxminən 250 min dollar itirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















