İraq Prezidentinin Azərbaycana səfəri başlayıb
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Demokrat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

İraq Prezidentinin Azərbaycana səfəri başlayıb
11 Noyabr 2024 11:03

