Icma.az
close
up
RU
“İraq Saddam Hüseyn rejimi devrildikdən sonra tutduğu Qərbyönümlü siyasəti davam etdirir”

“İraq Saddam Hüseyn rejimi devrildikdən sonra tutduğu Qərbyönümlü siyasəti davam etdirir”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İraq hökuməti Livanın “Hizbullah” və Yəmənin “Ənsarallah” (husilər) qruplaşmalarını terror təşkilatları siyahısına salıb.

Bu barədə İraq KİV məlumat yayıb.

Bildirilib ki, sözügedən qruplar terror təşkilatı kimi təsnif edildiyi üçün İraq hakimiyyəti tərəfindən aktivləri dondurulan təşkilatlar siyahısına əlavə edilib.

Qərara əsasən, İraqın bütün bankları, maliyyə qurumları və müvafiq dövlət orqanları siyahıya daxil edilən şəxslər və təşkilatlara məxsus daşınar-daşınmaz əmlakı dondurmalı, habelə onlarla istənilən birbaşa və ya dolayı maliyyə və ya bank əməliyyatlarını növbəti bildirişədək qadağan etməlidirlər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələyə belə münasibət bildirib:

“İstər Hizbullah, istərsə də Yəməndəki Husi üsyançıları İran hakimiyyətinin proksi qüvvələri və ya onun regiondakı təmsilçiləri hesab olunur. Son zamanlar İraq hökumətinə də İranla münasibətlərdə mövqeyini müəyyənləşdirməsi ilə bağlı müxtəlif formalarda təkliflər və təzyiqlər göstərilib.

Hazırda isə məqam yetişib ki, həm İraq hakimiyyəti, həm də oradakı siyasi qurumlar regionda baş verən proseslər fonunda öz aydın mövqelərini ortaya qoysunlar.

O, ABŞ yəni Qərblə, yoxsa İranla eyni mövqedədir? Bu terrorçu təşkilatlar, məsələn, Əl-Qaida və ya bu kimiləri siyahıya daxil edilib. Hadisələr onu göstərir ki, İraq isə Saddam Hüseyn rejimi devrildikdən sonra tutduğu Qərbyönümlü siyasəti davam etdirir.

Əgər Hizbullah və Husi üsyançılarının terrorçu təşkilatlar siyahısına daxil edilməsi məsələsi dəqiqləşərsə, bu İraq hökumətinin qərarına yenidən baxması ilə bağlı xəbərlər də aktuallaşacaq.

Əgər bu xəbər dəqiqləşərsə və Hizbullah ilə Husi üsyançıları terrorçu təşkilatlar siyahısına daxil edilərsə, perspektivdə İrana bağlı digər qüvvələrin də İraqdakı fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Məsələn, Həşdi Şəbi qüvvələri, məkatib qüvvələri və digər İranyönümlü silahlı qruplaşmaların İraq ərazisindən sıxışdırılması və ya tərkisilah olunması məsələsi gündəmə gələ bilər.

Çünki Hizbullahla bağlı məsələ artıq demək olar ki, həllini tapmaq üzrədir. Onun aqibətini Həmasın başına gələnlər göstərir”.

Sədrəddin Soltan qeyd edib ki, Livan hökuməti ilə İsrail hökuməti arasında bir neçə danışıq olub və Livan hökuməti birmənalı şəkildə Hizbullahın tərkisilah edilməsini dəstəkləyir:

“Eyni zamanda regiondakı ərəb ölkələri də Hizbullahın Livan ərazisində fəaliyyətini İsrail-Livan münasibətlərinə ziyanlı hesab edir. Bu baxımdan, yeganə tərəfdarı İran qalır.

Son dövrlərdə İran rəsmiləri də bəyan ediblər ki, Livan daxil işlərinə müdaxilə etmirlər. Bu səbəbdən Hizbullah məsələsinin yaxın müddətdə tərkisilah və məhdudlaşdırma ilə bağlı həll olunması mümkündür. Artıq Livan hökuməti birmənalı şəkildə ölkədə dövlət içində dövlət mövcudluğunu qəbul etmir və Hizbullahın tərk edilməsini tələb edir.

Beləliklə, İraqın mövqeyi, Livan hökumətinin mövqeyi və digər ərəb ölkələrinin yanaşması üst-üstə düşür və gələcəkdə digər İranyönümlü qüvvələrin də təşkil olunması və tənzimlənməsi mümkün görünür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri