Icma.az
close
up
RU
İraq ssenarisi təkrarlanacaq: İsrail bu tarixdə İrana hücum edəcək ŞOK AÇIQLAMA KONKRET

İraq ssenarisi təkrarlanacaq: İsrail bu tarixdə İrana hücum edəcək ŞOK AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“ABŞ və ümumilikdə Qərbin İrana son 10 il ərzindəki iqtisadi sanksiyalar tətbiq etməsi sözün əsl mənasında bu ölkəyə ciddi zərər vurub. Ən önəmli faktor İran milli valyutasının dollar qarşısında ucuzlaşması və kifayət qədər dəyər itirməsidir. Əslində bu, onların pul vahidlərindəki sıfırların sayından da görünür. Digər tərəfdən, ölkəyə xaricdən məhsul gətirmək çətindir.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib.

“Ümumiyyətlə, İran mallarına baxdıqda görə bilərik ki, bəzi beynəlxalq markaların adlarında kiçik dəyişikliklər etməklə ölkədə milli istehsalı stimmullaşdırmağa çalışırlar. Bunu yəqin ki, bacarırlar. Nəticədə xaricdən mal gətirmək və əcnəbi ölkələrə ixrac etmək çətin olur. Bu dəqiqə İranın daha çox Asiya bazarına çıxışı var. Avropa bazarına isə çıxış imkanları kifayət qədər məhduddur. Embarqolara məruz qalır. Burada əsas üç məsələ mövcuddur. Birincisi, İranın nüvə proqramıdır ki, Tehran uranı zənginləşdirəndən sonra sanksiyalara məruz qaldı. Amerikanın təklif etdiyi nüvə sazişinə isə getmək istəmir. Belə olan təqdirdə də sanksiyaların həcmi ancaq artmağa doğru gedir. İkinci məsələ İranın İsrail ilə bağlı mövqeyidir. İran-İsrail gərginliyi və yəhudi dövlətinin regionda təbii düşmən elan edilməsi, Amerika və Qərbin də öz növbəsində Təl-Əvivin tərəfində olması sanksiyaların ikinci səbəbidir. Üçüncü məsələ də İranın regional siyasətidir. Xüsusilə, 2018-ci ilə qədər İran Yaxın Şərqdə ciddi bir aktivlik içərisində idi. Misal üçün Livanda Hizbullah, Fələstində Həmas, Yəməndə Husilər, Suriyada Bəşər Əsəd rejimi və sair qruplara açıq dəstək edirdi. Təbii olaraq da regionda ciddi bir tələtümlar və terror fəaliyyətləri baş verirdi. Bütün bu məsələləri nəzərə alsaq İrana qarşı sanksiyaların olması təbiidir. “

Politoloq vurğulayıb ki, İran aqressiv siyasət yeridir. Uzun müddət bunu özümüzə qarşı da görmüşük.

“Səfirliyimizə qarşı törədilən terror aktı və ondan sonra baş verən bir sıra silsilə hadisələr şübhəsiz ki, gərginlik yaradan səbəblər idi. İranla qonşuların da münasibəti yaxşı deyildi. Belə olan vəziyyətdə bu, onların iqtisadiyyatına da təsir edir. Yalnız Rusiya üzərindən, Mərkəzi Asiya və Çin bazarından çıxış imkanları daha çoxdur. Aydın məsələdir ki bu bazarlarda tələbat olsa da, gəlirlər Avropaya ixrac ilə eyni deyil. İranın son illərdə neft və qazdan gələn gəlirlərində də ciddi azalma müşahidə olunur. Bu gün İranda aksiyalar keçirilir və bu, son illərdə vaxtaşırı baş verir. İranda ciddi bir iqtisadi sarsıntı olduğu üçün sosial problemlər də yaranır. Yəni işsizlik, narazılıq, az gəlirin olması, gəlir bərabərsizliyinin yaranması, din xadimlərinin varlanması fonunda sadə xalqın kasıblaması və orta təbəqənin sıradan çıxması kimi amillər İranda tez-tez aksiyalara gətirib çıxarır. İranda aksiyalar 2 motivdə gedir. Birinci motiv sosial zəmində baş verən aksiyalardır, bu, daha çox farslar və fars mənşəli digər etnoslarla bağlıdır. İkinci isə etnik əsaslarla baş verənlərdir. Burada da söhbət azərbaycanlılar, kürdlər, bəluclər və ərəblərdən gedir.”

Müsahibim qeyd edir ki, son illər İran-İsrail gərginliyi pik həddə çatıb. Artıq İrandan çox İsrail hücum edən tərəfə çevrilib. İsrail İrana qarşı genişmiqyaslı əməliyyatların başlanmasını istəyir. Daha dəqiq desək, vaxtıilə İraqa edilən tərzdə İranada da hərbi müdaxilənin olması üçün əlindən gələni edir. Bu, 2025-2026, hətta 2027-ci il ərzində baş verə bilər:

“Belə olan təqdirdə böyük ehtimalla İsrail İran daxilində həm etnik azlıqları, həm də yerli xalqı mövcud rejimə qarşı ayağa qaldıracaq. Bunun ən gözəl nümunəsinə 70-ci illərdə mövcud rejimin sonunu gətirən İran inqilabında gördük. İran inqilabı təkcə mövcud rejimlə bağlı deyildi. Həmin dövrdə şaha qarşı bütün qrupların fəaliyyəti özünü göstərdi. Sanksiyalara rəğmən hələ də ayaqda qalmasına gəlincə, İran çox böyük ölkədir. Təbii sərvətləri, mineral ehtiyatları, ucuz insan qüvvəsi və digər resursları mövcuddur. İnsanların həm ideoloji olaraq beyinlərini yuyub mövcud rejimlə barışmasını istəyirlər, həm də mollalar ölkənin sərvətlərini talayaraq etnik azlıqlara qarşı haqsızlıq edirlər. Belə olan halda İranda inkişafdan danışmaq çətin məsələdir. İran iqtisadiyyatının hansı vəziyyətdə olduğunu görmək üçün orada işləmək, yaşamaq lazımdır”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri