Icma.az
close
up
RU
ŞOK GƏRGİNLİK: İsrail İrana HÜCUM EDƏCƏK Tehran CAVABA HAZIRLAŞIR KONKRET

ŞOK GƏRGİNLİK: İsrail İrana HÜCUM EDƏCƏK Tehran CAVABA HAZIRLAŞIR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Amerikanın CBS telekanalı xəbər verir ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat alıblar.

KONKRET.az bildirir ki, telekanalın mənbələrinə görə, amerikalı rəsmilərə İsrailin İslam Respublikasına qarşı genişmiqyaslı əməliyyata tam hazır olduğu barədə xəbərdarlıq edilib. ABŞ tərəfinin bu informasiyanı hansı kanallarla əldə etdiyi açıqlanmasa da, bölgədəki gərginlik sürətlə artır.

Bundan əlavə, ABŞ administrasiyası İranın İraqdakı Amerika obyektlərinə cavab zərbələri endirəcəyini gözlədiyini bildirib. Məhz bu səbəbdən ABŞ hökuməti bölgədəki bəzi amerikalılara təxliyə tövsiyəsi verib. Dövlət Departamenti isə “regional təhlükənin artması” səbəbilə qeyri-vacib dövlət işçilərinə İraqı dərhal tərk etməyi əmr edib.

Eyni zamanda, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff iyunun 15-də İranla nüvə proqramı üzrə danışıqların altıncı raunduna qatılmağa hazırlaşır. Lakin hərbi eskalasiya bu diplomatik səyləri ciddi şəkildə kölgə altına sala bilər.

Prezident Tramp isə vəziyyətə münasibət bildirərək, amerikalılara bölgəni tərk etməyi tövsiyə edib və “oranın təhlükəli bir yerə çevrilə biləcəyini” deyib. O, həmçinin ABŞ-ın İranın nüvə silahı yaratmasına heç vaxt imkan verməyəcəyini qətiyyətlə bəyan edib.

Axios-un məlumatına əsasən, Tramp iyunun 9-da İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu İranı vurmaqdan çəkinməyə çağırıb.

Eyni zamanda, “The New York Times” bildirir ki, İran rəsmiləri artıq cavab planı hazırlayıb. Mənbələrin verdiyi məlumata görə, İran yüzlərlə ballistik raketlə İsrail ərazisinə əks-hücum həyata keçirməyi planlaşdırır.

Son olaraq, İranın müdafiə naziri Əziz Nəsirzadə bəyan edib ki, əgər ABŞ ilə müharibə başlasa, Yaxın Şərqdəki bütün Amerika hərbi bazaları İslam Respublikasının hədəfində olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri