İraq XİN rəhbəri: Yaxın Şərqdə İŞİD çilərin sayı artır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yaxın Şərqdə İŞİD terror qruplaşmasının üzvlərinin sayı artır və silahlılarla mübarizə üçün regional ittifaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib.
Onun fikrincə, regiondakı qonşu ölkələr yaraqlıların fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları mübadiləsi aparmalı və təkcə xarici işlər nazirləri deyil, həm də müdafiə nazirləri və kəşfiyyat rəhbərləri səviyyəsində daimi əlaqə saxlamalıdırlar:
“Bölgədə İŞİD-çilərin sayının, terrorçuların ixtiyarında olan silahların miqdarının və nəzarət etdikləri ərazilərin artdığını görürük. Bu baxımdan bizə regional səviyyədə terror təhlükəsi ilə mübarizə aparacaq və beynəlxalq ictimaiyyətin dəstəyini alacaq bir təşkilat lazımdır”.
Hüseyn qeyd edib ki, Bağdad Suriyadakı vəziyyəti diqqətlə izləyir, çünki İraqdakı daxili siyasi vəziyyət oradakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır.
Baxış sayı:122
Bu xəbər 09 Mart 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















