İraqda 37 ildən sonra ilk dəfə əhalinin siyahıya alınması keçirilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 25 noyabr, AZƏRTAC
İraqda son 37 ildə ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, ölkə əhalisinin sayı 45,4 milyon nəfərdir.
AZƏRTAC “Shafaq News” informasiya portalına istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əl-Sudani mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda ölkədə qaçqınlar da daxil olmaqla, 45 milyon 407 min 495 nəfər yaşayır. Əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır.
İraqda 1987-ci ildə keçirilmiş siyahıyaalmada 16,3 milyon əhali qeydə alınmışdı. Dünya Bankı 2023-cü ildə İraq əhalisinin təxminən 45,5 milyon nəfər olduğunu təxmin etmişdi.

İraqda 37 ildən sonra əhalinin siyahıya alınması həyata keçirilib
25 Noyabr 2024 18:19
İraqda 37 ildən sonra əhalinin siyahıya alınması aparılıb
25 Noyabr 2024 13:58
37 ildən sonra ilk: İraqda ümumi əhalinin siyahıya alınması
20 Noyabr 2024 15:18
İraqda 37 ildən sonra əhalinin siyahıyaalınması aparılıb
25 Noyabr 2024 14:01
İraqda 37 ildən sonra ilk yaşandı KONKRET
25 Noyabr 2024 14:45

