İraqda 600 dən çox zəvvar zəhərləndi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İraqda sutəmizləyici stansiyada baş verən xlor sızması nəticəsində 600-dən çox zəvvar zəhərlənib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Nəcəf və Kərbəla şəhərləri arasında baş verib.
Belə ki, Kərbəlaya gedərkən 621 zəvvarda asfiksiya (tənəffüs çətinliyi) qeydə alınıb.
Şiə zəvvarlar Kərbəlada Məhəmməd peyğəmbərin nəvəsi Hüseynin vəfatının ildönümü ilə bağlı Ərbəin mərasimini qeyd edəcəkdilər.
İraqın Səhiyyə Nazirliyi zəvvarların Kərbəlada xlor qazı sızmasından zəhərləndiklərini təsdiqləyib.
"Onlar lazımi yardımı aldıqdan sonra xəstəxanadan buraxılıblar" - deyə, məlumatda qeyd olunur.

İraqda nəfəsalma problemi yaşayan 600 dən çox zəvvar xəstəxanaya yerləşdirilib
10 Avqust 2025 20:09
İraqda yüzlərlə zəvvar xlordan zəhərlənib
10 Avqust 2025 20:24
19 türk əsgəri İraqda zəhərləndi Şəhid olanlar var
06 İyul 2025 18:55
İraqda güclü qum fırtınası, 1800 dən çox insan boğuldu
15 Aprel 2025 10:27
İraqda zəlzələ oldu
12 Dekabr 2024 20:03

