İraqda milislər tərəfindən qaçırılan rus qadın tapılıb
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
SİA-nın məlumatına görə, Mash Telegram kanalı yazır ki, 2023-cü ilin yazında İraq silahlıları tərəfindən qaçırılan rusiyalı Liza Tsurkova sağ tapılıb.
Mənbənin sözlərinə görə, hazırda İraq hakimiyyəti onun azad edilməsi üzərində işləyir.
39 yaşlı qadının bacısı Donald Tramp administrasiyasından köməyə ümid edib.
Əminik ki, Tramp komandası İraq hökumətini məsuliyyətə cəlb edəcək və Elizabetin təhlükəsiz qayıtmasını əvvəlki administrasiya kimi sadəcə danışıq nöqtəsi deyil, əsl prioritet edəcək,
Bunu qaçırılan qadının bacısı bildirib.
Bundan əvvəl Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Fələstinin Həmas hərəkatının yanvarın 31-in sonuna qədər israilli girov Ərbel Yehudu azad edəcəyini bildirmişdi.
Qadın əvvəlki mübadilə çərçivəsində evə qaytarılmalı idi. Hərəkatın daha iki nəfəri, o cümlədən hərbçi qadın Ağam Bergerinin də azad edəcəyi gözlənilir.
Bundan əvvəl İsrail və HƏMAS hərəkatı yanvarın 19-dan hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalayıb. Razılaşmaya Qətər, Misir və ABŞ kömək edib. Atəşkəsin 42 gün davam edəcəyi gözlənilir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Yanvar 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















