İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib
Icma.az, 525.az saytına istinadən bildirir.
İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat yayıb.
Türkiyə ilə sərhəddə Zaho bölgəsində (İraq Kürdüstanı) “Tauke” və “Peşkabur” neft yataqlarını istismar edən Norveçin DNO şirkətinin müvəqqəti olaraq hasilatı dayandırdığı bildirilir.
Enerji sektoru nümayəndələrinin sözlərinə görə, bu həftə PUA hücumları yataqlarda neft hasilatının gündə 140-150 min barel azalmasına səbəb olub.
Xatırladaq ki, İraq Kürdüstanındakı neft yataqları bazar ertəsindən PUA hücumlarına məruz qalıb. Heç bir qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.
Baxış sayı:55
Bu xəbər 17 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















