İraqdakı bazaya PUA hücumu: Fransız hərbçisi öldü
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İraqdakı bazaya PUA hücumu nəticəsində yaralanan fransız hərbçilərindən biri ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.
"“Alp Reyncers” batalyonunun baş çavuşu Arnaud Frion İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı Fransa üçün həlak olub", - Makron yazıb.
Fransa prezidenti bir neçə hərbçinin isə yaralandığını yazıb:
"Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir".
Qeyd edək ki, İraqın şimalında, İraq Kürdüstan Regionunun rayonlarından birində dron hücumu olub. Məlumata görə, hücum Ərbil yaxınlığındakı kürd milis dəstələrinin düşərgəsinə olub.
“Shafaq News” portalının yaydığı məlumata görə isə kürd qüvvələri və Fransa ordusunun birgə bazası dron hücumuna məruz qalıb.
Baxış sayı:145
Bu xəbər 13 Mart 2026 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















