İraqdan yaraqlılar gətirildi Rejim xalqa qarşı terrora hazırlaşır
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İranda etiraz aksiyalarının genişlənməsi fonunda hakimiyyətin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə İraqdan özünə bağlı silahlı qruplaşmaların üzvlərini İrana gətirdiyi bildirilir.
Bakupost.az xarici KİV-lərin İraqdakı mənbələrinə istinadən xəbər verir ki, “Kətaib Hizbullahı”, “Hərəkət Əlnücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 yaraqlı İrana keçib.
Məlumatda qeyd olunur ki, bu yaraqlıların köçürülməsi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilir. Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi bildirilir.
Sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki Xameneyi bazasında toplanır, daha sonra isə etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.
Cavid, BakuPost
Baxış sayı:43
Bu xəbər 08 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















