İraqın Baş naziri regional sülh konfransı keçirməyə çağırıb
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
İraqın Baş naziri Məhəmməd əs-Sudani Bağdadda Yaxın Şərqin bütün ölkələrinin nümayəndələrinin iştirakı ilə dialoq formatında konfrans keçirməyi təklif edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.
Baş nazir müvafiq bəyanatı İrana səfəri zamanı verib.
“Biz Bağdadda hərtərəfli dialoq formatında regional konfrans keçirməyə çağırırıq. Bu konfrans Yaxın Şərqdə sülh və təhlükəsizliyi təmin edə, həmçinin regionumuz ölkələri arasında etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər”, – o bildirib.
Əs-Sudani vurğulayıb ki, onun fikrincə, Yaxın Şərq dövlətləri aralarındakı fikir ayrılıqlarını həll etmək üçün qarşılıqlı təhdidlərdən cari problemlərin müzakirəsinə keçməlidir.
İraqın Baş naziri konfransın ehtimal olunan tarixi və iştirakçıların tərkibi barədə məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















