İraqlı silahlı qruplaşma üzvləri Abadana gətirildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Abadandan gələn məlumatlar göstərir ki, İraqda fəaliyyət göstərən İrana bağlı “Həşd əş-Şabi” (Həşdi-Şabi) silahlı qruplaşmasının sox sayda üzvü İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Abadan şəhərinə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə xarici media yerli mənbələrə istinadən məlumat yayıb.
“Son günlərdə Abadana çox sayda qüvvənin köçürüldüyü müşahidə olunur; bu qüvvələr əvvəllər yanvar etirazlarını yatırmaq üçün bölgəyə göndərilmişdi”, - məlumatda bildirilir.
İddia edilir ki, bu qüvvələrə məxsus bir sıra silah və hərbi nəqliyyat vasitələri Abadan şəhər mərkəzinin avtoparkında yerləşdirilib.
Mənbələrin bildirdiyinə görə, iki gün əvvəl əyalətin Xürrəmşəhr gömrük ərazisində də raket buraxılış qurğuları yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 Mart 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















