Icma.az
close
up
RU
İrəvan Azərbaycan dilini hüquqi qiymət verir: Humanitar etimad, yoxsa...

İrəvan Azərbaycan dilini hüquqi qiymət verir: Humanitar etimad, yoxsa...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan mövzusu yalnız tarix kitablarında qalmayıb, bu, indiki siyasətin və regional reallıqların da ayrılmaz hissəsidir. Əgər Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər daha geniş işıqlandırılsa, Ermənistan ictimaiyyəti və siyasi elitası üçün bu, təkcə keçmişin xatırlanması deyil, həm də real təhlükə anlamına gələcək.

Olarsa, erməni mediası və rəsmi dairələr bu reallığı gündəmə gətirəcək, daxili siyasi müzakirələrdə Qərbi Azərbaycan faktoru ön plana çıxacaq və uzun müddətdir inkarlanan tarixi torpaqların adlarının tanınmasına, hətta azərbaycanlıların həmin ərazilərə qayıdış perspektivinə yol açacaq.

Bu istiqamətdə süjet, yalnız tarixi faktları təqdim etməklə kifayətlənmir, həm də deportasiyaya məruz qalmış insanların həyat hekayələrini, qədim yaşayış məskənləri və mədəniyyət nümunələrini işıqlandırmaq lazım olur, Qərbi Azərbaycanın Azərbaycan xalqı üçün əbədi mənsubiyyətini dünyaya çatdırmağı hədəfləyir.

Əgər Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər geniş şəkildə işıqlandırılsa və deportasiyaya məruz qalmış insanların hekayələri dünyaya çatdırılsa, bu, regional siyasət və Ermənistan ictimaiyyəti üçün nə kimi real təsirlərə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov deyib ki, bu, təzə məsələ deyil:

"Hələ 19-cu əsrdən başlayaraq Azərbaycanda fəaliyyət göstərmiş alman şərqşünası qeyd edirdi ki, Qafqazda yaşayan ermənilər öz şeirlərini tatar dilində yazırdılar. Maraqlıdır ki, yalnız şeirlər deyil, hətta nağıllar, folklor nümunələri də azərbaycan dilində yaradılırdı. Bu, göstərir ki, ermənilərin Azərbaycan dilinə münasibəti yeni yaranmış bir hadisə deyil, tarixi kökləri olan bir prosesdir".

Onun sözlərinə görə, bu gün də sosial şəbəkələrdə və televiziya proqramlarında müşahidə edə bilərik ki, 30 il ərzində birbaşa ünsiyyətimiz olmasa belə, müəyyən erməni icmaları Azərbaycan dilində danışırlar, yazırlar və bizim mədəniyyətimizlə bağlı paylaşımlar edirlər.

"Buradan aydın olur ki, onlar müəyyən prinsipial yanaşmanı qəbul edirlər: bir xalqla, bir millətlə işləyərkən onun dilini bilməlisən. Əslində, bu, yaxşı bir ənənədir və mədəniyyətlərarası əlaqələr üçün mühüm göstəricidir",- E.Abışov deyib.

Elşad Abışov: Dilimiz yalnız kommunikasiya vasitəsi deyil, həm də nüfuz və mədəniyyət faktoru kimi qiymətlidir

Həmsöhbətimiz bildirib ki, bu, həm də Azərbaycan dilinin Qafqaz regionunda və ümumiyyətlə Asiyada tarixi əhəmiyyətini göstərir: 

"Dilimiz yalnız kommunikasiya vasitəsi deyil, həm də nüfuz və mədəniyyət faktoru kimi qiymətlidir. Azərbaycan dilinin Qafqazda geniş yayılması və tanınması, onun həm rəsmi, həm də qeyri-rəsmi sahələrdə istifadə olunması, dilimizin gücünü və nüfuzunu sübut edir".

Sonda o vurğulayıb ki, yaxşı düşmənçilik üçün belə dil bilikləri zəruridir:

"Tarix göstərir ki, qarşı tərəfin dilini bilmək, onun mədəniyyətini və düşüncə tərzini anlamaq, hər hansı münasibətdə uğur qazanmaq üçün əsas şərtdir. Belə baxdıqda, Azərbaycan dili Qafqazda həm mədəniyyət, həm də strateji nüfuz vasitəsi kimi önəmli rol oynayır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri