Icma.az
close
up
RU
İrəvan Bakı münasibətlərində SÜRPRİZ YENİLİK

İrəvan Bakı münasibətlərində SÜRPRİZ YENİLİK

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İran və İsrail arasında artan hərbi-siyasi gərginlik Cənubi Qafqaz regionunda da diqqətçəkən proseslərə səbəb olub. Məlumata görə, İran və bəzi qonşu ölkələrin hava məkanının bağlanması nəticəsində bir neçə beynəlxalq aviareys marşrutunu dəyişmək məcburiyyətində qalıb və bölgədəki başqa hava limanlarına eniş edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, Ermənistan vətəndaşları və etnik ermənilərin bir qismi Bakı hava limanında, bir neçə Azərbaycan vətəndaşı isə İrəvanın “Zvartnots” hava limanında olub.

Hadisələr fonunda ictimaiyyət arasında müxtəlif ehtimallar səsləndirilir: Baş verənlər təsadüfi hadisələrdir, yoxsa arxa planda xüsusi missiyalar, diplomatik səfərlər və ya təhlükəsizlik xarakterli məqsədlər dayanır?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə təəssüflə qeyd edib ki, dünya sülhdən sürətlə uzaqlaşma istiqamətində gedir və köhnə fikir ayrılıqları yeni və daha təhlükəli münaqişələrə çevrilir.

Onun fikrincə, bu da beynəlxalq münasibətlərdə qütbləşmə, yeni güc mərkəzlərinin və ittifaqların yaranmasını qaçılmaz edir:

“Artıq heç bir ölkə ayrı-ayrılıqda özünü müdafiə edəcək vəziyyətdə deyil. Biz bunu Rusiya-Ukrayna və İran-İsrail münaqişəsində də görə bilirik. Ona görə ətrafımızda yeni bir müharibənin alovlanması heç şübhəsiz ki, bütün region ölkələrinə böyük təsiri olar. Birbaşa sərhədi olmayan, bir-birindən uzaqda yerləşən İran və İsrailin hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsi, onlarla hərbi təyyarənin və yüzlərlə pilotsuz uçuş aparatının səmada hərəkəti mülki aviareyslərin hərəkətini məhdudlaşdırır və ya istiqamətini dəyişməyə məcbur edir. Nəzərə alaq ki, bəzi ölkələr münaqişənin daha da şiddətlənəcəyi təhlükəsinə görə regionda olan vətəndaşlarının olduqları ölkələri tərk emələrinə çağırır. Bu da əlavə ajiotaj yaradır”.

Politoloq deyib ki, ölkəmiz İrandan xarici vətəndaşların çıxarılması ilə bağlı humanitar xidmətlər təşkil edir və bunlar İranla olan sərhəd keçid məntəqələrimiz vasitəsilə həyata keçirilir:

“Eyni zamanda, İran və bəzi ölkələrin hava məkanının bağlı olması səbəbindən bizim və qonşu ölkələrin hava limanları əvvəlcədən müəyyən edilməmiş reysləri qəbul etmək məcburiyyətində qalır. Son yayılan məlumatlara görə, Ermənistan vətəndaşları Bakı, bizim vətəndaşlar da Ermənistan hava limanlarında olublar. Əlbəttə, bunu qabaqcadan planlaşdırılmış siyasət kimi qəbul etmək olmaz. Çünki görürük ki, fors-major hal yaranıb. Amma bu yaranmış yeni davranış sülh razılaşması ərəfəsində olan Ermənistan və Azərbaycan dövlətləri və cəmiyyətləri arasında biri-birinə təhlükəsizliklə bağlı olan inamı artıra bilər. Tərəflər bu yaranmış yeni vəziyyətdən istifadə edərək aviasiya və digər sahələrdə münasibətlərini inkişaf etdirə bilərlər”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri