İrəvan Bakının əsas tələbini qəbul etdi Paşinyan açıqladı
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyənnaməsinin ləğvini elan etmək demək idi”.
Turkustan.az xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir:
“Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preampulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu isə açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələbini yerinə yetirməkdir. Beləlilə ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu”.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. /globalinfo.az/
Baxış sayı:132
Bu xəbər 16 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















