İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı Proses belə olacaq
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ən azı yarım il əvvəl hökumət deyirdi ki, heç bir dəhliz olmayacaq. İndi isə Ermənistanın İranla eyni şərtlər əsasında ərazisindən Azərbaycana keçid verməyə hazır olduğunu bildirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “HayaQue” teleqram kanalının məlumatında qeyd olunur.
Nəşr xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatik Forumu zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib və bunu etiraf kimi dəyərləndirib:
“Mirzoyan rəsmən elan etdi ki, İrəvan Bakı ilə dəhlizin açılması üçün sadələşdirilmiş prosedurlar planlaşdırıb. Yəni dəmir yolu əlaqəsi bərpa edilərsə, Azərbaycanın yükləri elə bu ölkədə bəyan ediləcək, qatarlar Ermənistan ərazisində dayanmadan keçəcək və birbaşa Naxçıvana çatacaq. Yəni Ermənistan ekstraterritorial dəhlizlə razılaşıb”.
Qeyd edək ki, Azərbaycan razılaşdırılmış sülh müqaviləsi mətnindən əlavə olaraq, Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi üçün Ermənistan ərazisindən maneəsiz keçid tələb edirdi.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















